Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: "Bu şansın mənə də düşəcəyini bilirdim"

Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: "Bu şansın mənə də düşəcəyini bilirdim"

"Bu vaxta qismət imiş, amma dəvətin olacağını gözləyirdim. Çünki bu şansın mənə də düşəcəyini bilirdim".

Bunu "QELEBE.AZ"a açıqlamasında ilk dəfə Azərbaycan millisinə cəlb edilən "Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov deyib.

İsveç və Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçları üçün yığmaya cəlb edilən 25 yaşlı müdafiəçi bunun davamlı olmasına çalışacağını bildirib: "Millinin formasını geyinmək şərəfdir. Bunun üçün şadıq. Hər oyunçu yığmada çıxış etmək istəyir. Komandanın daimi üzvü olmaq üçün əlimdən gələni edəcəyəm".

Manafov "Səbail"də çıxış etdiyi dönəmdə də dəvət gözlədiyini söyləyib: "Amma həmin vaxt çağırılmamışdım. Çempionatda 28 tur meydanda olanda dedilər ki, səni izləyirlər, onların diqqətində və nəzərindəsən. Bunun davamlı olması da öz əlimdədir".

Cinah müdafiəçisi qarşıdakı iki görüşlə bağlı fikirlərini bölüşüb: "Hər iki komanda çətin rəqibdir. Belçika qrup lideridir. İsveç yığması isə qrupdan çıxmaq istəyirdi. Onlar bizimlə qarşılaşmalarda favoritdirlər. Keyfiyyətli, dünya səviyyəli futbolçuları var. Kağız üzərində favoritdirlər, amma futbol meydanda oynanılır. Komandaya inanıram. Hər iki matçda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq, vuruşacağıq və buna nail olacağıq. Meydana çıxıb-çıxmamağım isə məşqçilərin verəcəyi qərardır".

Qeyd edək ki, noyabrın 16-da İsveçi qəbul edəcək Azərbaycan millisi bundan 3 gün sonra Belçikanın qonağı olacaq. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Hesabında 7 xal olan İsveç üçüncüdür. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Futbol
MOİK azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib

MOİK azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib