Böyük Britaniya cüdoçusunun Azərbaycan millisində çıxışına icazə verilib

Böyük Britaniya cüdoçusunun Azərbaycan millisində çıxışına icazə verilib

Beynəlxalq Cüdo Federasiyası (IJF) Böyük Britaniyanın qadın cüdoçusu Acelya Toprakın Azərbaycan millisində çıxış etməsinə rəsmi icazə verib.

“QELEBE.AZ” Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, 25 yaşlı idmançı yığmada 57 kq çəki dərəcəsində mübarizə aparacaq.

Hazırda dünya reytinqində 27-ci olan idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır. O, 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Acelya Toprak bildirib ki, dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan millisinə qoşulduğu üçün həyəcanlı və sevinclidir: “Şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq şansımı Azərbaycan millisinin tərkibində davam etdirə biləcəyəm. Həyatım olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Buradakı qonaqpərvərlik çox yaxşıdır. Azərbaycanın qüruru üçün mübarizə aparacağam”.

Cüdoçu Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış etmək arzusundadır: “Azərbaycanı olimpiadada həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm. Həmçinin Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-nin məqsədinə çatmasına kömək etməkdən məmnunam. Bakıda məni səmimi qarşıladıqları üçün federasiya rəhbərliyinə, məşqçilərə və idmançılara təşəkkür edirəm”.

Qeyd edək ki, Acelya Toprakın transferində əsas məqsəd komandada rəqabəti artırmaq və güclü məşq tərəfdaşı hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına nail olmaqdır.

Fərdi
Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”