Azərbaycan millisinin futbolçusu: “Biz Qazaxıstandan yox, onlar bizdən çəkinirlər”

Azərbaycan millisinin futbolçusu: “Biz Qazaxıstandan yox, onlar bizdən çəkinirlər”

“Biz Qazaxıstandan yox, onlar bizdən çəkinirlər. Çünki bu rəqibi Avropa çempionatının yarımfinalında məğlub etmişdik. Fikrimcə, onların üzərində psixoloji üstünlüyümüz var”.

Bunu “Report”a açıqlamasında Azərbaycan minifutbol millisinin üzvü Rəvan Kərimov Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

27 yaşlı oyunçu final yolunda güclü rəqiblə qarşılaşacaqlarını etiraf edib: “Qazaxıstanla yarımfinalda qarşılaşmaq istəməzdik. Çünki onlar dünya çempionluğuna əsas favoritlərdən biridirlər. Son dünya çempionu Meksikanı mübarizədən kənarlaşdırıblar. Dünən isə əzmkar oyunla Çexiyaya qalib gəldilər. Halbuki çexlər də çempionluğa əsas iddiaçılardan sayılırdılar. Tam hazırıq, oyun vaxtını səbirsizliklə gözləyirik. İnanıram ki, axşam növbəti qələbə ilə azarkeşlərimizi sevindirəcəyik”.

Qeyd edək ki, bu gün reallaşacaq Azərbaycan - Qazaxıstan görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib