“Qəbələ”nin baş meneceri Avropa Klublar Assosiasiyasına təyinat alıb

“Qəbələ”nin baş meneceri Avropa Klublar Assosiasiyasına təyinat alıb

“Qəbələ”nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb.

“Report” bölgə klubunun rəsmi saytına istinadən xəbər verir ki, N.Kərimov 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın namizədliyini verdiyi uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq.

Qrupa Niderland təmsilçisi “Feyenoord”un baş meneceri Dennis de Kloyse rəhbərlik edəcək. Uşaq futbolu üzrə işçi qrupunun əsas missiyaları akademiyaların fəaliyyəti, beynəlxalq turnirlərin təşkili, uşaqların müdafiəsi, ilk peşəkar müqavilə, beynəlxalq hüququn uşaq futboluna təsiri, uşaq-gənclərin, məşqçi və menecerlərin təhsili və başqa məsələlərdir. İşçi qrupu il ərzində keçirdiyi 5-8 iclasla öz fəaliyyətini tənzimləyir. İlk belə toplantı noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində təşkil ediləcək.

Qeyd edək ki, ECA-nın sentyabrda Berlində keçirilən Baş Assambleyasında 50 ölkənin 150 müxtəlif klubunun 430 nümayəndəsi öz namizədliklərini 8 qrup üzrə irəli sürmüşdülər.

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

Futbol
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin qapıçısı zədələnib

Futbol
Qara Qarayev: "Füzuliyə qayıdacam"

Qara Qarayev: "Füzuliyə qayıdacam"

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
"Real Madrid"in sabiq hücumçusu vəfat edib

"Real Madrid"in sabiq hücumçusu vəfat edib

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”