Musa Qurbanlı: “Qol vurmayanda bir az çətin olur”

Musa Qurbanlı: “Qol vurmayanda bir az çətin olur”

“Bəzən qol vurmayanda bir az çətin olur”.

“Report” “aftonbladet.se” saytına istinadən xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunda çıxış edən azərbaycanlı futbolçu Musa Qurbanlı ölkə çempionatının XXVIII turunda “Brommapoykarna” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Səfər matçına start heyətində çıxmasına baxmayaraq, fasilədən sonra əvəzlənən 21 yaşlı forvard buna görə baş məşqçidən narazı qalmadığını bildirib: “Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur. Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım. Ən vacibi komandanın 3 xal qazanmasıdır. Qalib gələndə sevinməliyik”.

M.Qurbanlı kollektivə uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgiləyəcəyinə inanır: “Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeniyəm və gəncəm. Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu mənim yolumdur. Mübarizəni davam etdirsəniz, yekunda istədiyinizi əldə edəcəksiniz”.

Qeyd edək ki, “Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Futbol
Messi PSJ-də daha bir mövsüm keçirəcək

Messi PSJ-də daha bir mövsüm keçirəcək

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol
Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər