Konqolu futbolçu: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır"

Konqolu futbolçu: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır"

"Yeni gələndə hər kəs “Sabah”ın, “Neftçi”nin adını çəkirdi. Amma mənim seçimim belədir: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır".

"QELEBE.AZ" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Elviş Maşike klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin oyununu bəyəndiyini bildirib: "Bu komanda daha keyfiyyətli futbolçulardan qurulub və yaxşı oynayır".

Konqolu oyunçu X turda "Qəbələ"yə qarşı keçirəcəkləri matça toxunub: "Çətin qarşılaşma olacaq. “Qəbələ”nin turnir cədvəlindəki mövqeyi heç kimi yanıltmasın. Razıyam, onlar cari mövsümdə çox xal itiriblər. Amma ötən mövsüm əla çıxış etmişdilər. Həm Azərbaycan kubokunu qazanmışdılar, həm də Premyer Liqada 4-cü yeri tutmuşdular. Bu nəticəni qazanan komanda zəif ola bilməz. Üstəlik, görüş onların meydanında baş tutacaq".

Maşike komandadakı vəziyyət haqqında danışıb: "Ötən tur “Sabah”a qarşı çox yaxşı oynadıq. Hətta qələbə də qazana bilərdik. Bu da bizə əlavə motivasiya verir. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxacaq. Baş məşqçimiz necə oynayacağımızı matça bir gün qalmış deyəcək. O, bizdən yaxşı göstərici tələb edir. Hər dəfə meydana çıxanda qələbə üçün mübarizə aparmağımızı istəyir".

Yarımmüdafiəçi birinci dövrədə qeydə alınan nəticələri qiymətləndirib: "Bir qədər əvvələ baxaq. Komanda Birinci Liqadan yeni gəlmişdi, heyətdə demək olar, çox az sayda futbolçu var idi. Mövsümün startına az vaxt qalmış futbolçular dəvət olundu. Yeni çempionat, fərqli ölkə və mentalitet…Əlbəttə, uyğunlaşmaq üçün vaxt lazım idi. Heç komanda olaraq toplanış da keçirmədik. Ancaq baş məşqçimiz bizi yaxşı nəticə qazanacağımıza inandırdı. Nəticələri pozitiv hesab edirəm. “Səbail”lə qarşılaşmadakı nəticəyə görə üzüldüm. Rəqibdən daha yaxşı oynadıq, real qol şansımız da onlardan çox oldu. Təəssüf ki, sona yaxın təyin olunan penalti əziyyətimizi nəticəsiz qoydu. Ancaq bu cür oyunlar da olmalıdır ki, motivasiyadan düşməyəsən. Demək olar, hər matçda fərqlənmək üçün daha çox şansımız olur, amma hamısını qola çevirə bilmirik".

O, son olaraq uyğunlaşma ilə bağlı probleminin olduğunu diqqətə çatdırıb: "Komanda yoldaşlarıma inanıram, bilirəm ki, qol vurmağım üçün mənə hər cür şərait yaradacaqlar. Bu baxımdan heç bir narahatlığım yoxdur. Əsas problemim uyğunlaşma ilə bağlı idi. Fərqli ölkə, yeni liqa, komanda, heç vaxt bir yerdə oynamadığım futbolçular və s. Baş məşqçinin istəyi də fərqlidir. Azər Bağırova təşəkkür edirəm, hər zaman mənə inandığını deyir, qətiyyətli olmağımı tapşırır, şans verir. Komandama, baş məşqçimə lazımamsa, deməli, xoşbəxt adamam. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Problemlərim arxada qalıb, indi tam hazıram".

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Futbol
"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

Futbol
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Futbol
"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

Futbol
"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib