AFFA “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb

AFFA “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb.

“QELEBE.AZ” xəbər verir ki, birincilərin iki köməkçi məşqçisi Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar.

Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıblar. Hər iki məşqçiyə 3 aylıq sınaq müddəti təyin edilib. “Neftçi” isə buna görə, 3000 manat cərimələnib.

Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları “Neftçi”yə 500 manata başa gəlib. Həmçinin, matçdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, “ağ-qaralar” daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə, “Neftçi”yə xəbərdarlıq edilib.

“Qarabağ” da cəriməsiz qalmayıb. Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 6 qol vurulub

Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 6 qol vurulub

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

Futbol
DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib