AFFA-nın baş katibi: “Türkdilli ölkələr arasında saziş imzalanması qərara alınıb”

AFFA-nın baş katibi: “Türkdilli ölkələr arasında saziş imzalanması qərara alınıb”

“Növbəti aylarda türkdilli ölkələr arasında müxtəlif sahələr üzrə tədbirlərin keçirilməsi ilə bağlı saziş imzalanması qərara alınıb”.

Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən görüşlərlə bağlı danışarkən deyib.

Assosiasiya rəsmisi orada iki müxtəlif tədbirin baş tutduğunu bildirib. Onun sözlərinə görə, UEFA və Asiya Futbol Konfederasiyasının iştirakı ilə baş tutan ilk tədbirin təşkilatçısı FİFA olub: “Orada əsas məqsəd iki qurumu bir araya gətirmək və onların gördükləri işlərlə bağlı təcrübə mübadiləsi aparmaq idi. Avropadan Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan, Avstriya və Portuqaliya milli federasiyalarının rəhbərliyi baş katiblərlə təmsil olunmuşdular. Asiyadan Özbəkistan, Türkmənistan və Qırğızıstan federasiyalarının rəhbərliyi iştirak edirdilər. Hər bir federasiya nümayəndəsi futbolun inkişafına dair ölkəsində keçirilən müxtəlif layihələr, işlərlə bağlı fikir mübadiləsi apardı. AFFA tərəfindən infrastruktur sahəsində görülən işlərlə bağlı digər iştirakçılara məlumat verildi”.

Sərxan Hacıyev türkdilli ölkələrin federasiya rəsmiləri arasında baş tutan görüşdə müzakirə olunan məsələlər barədə də məlumat verib: “Həmin tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Macarıstan futbol federasiyalarının baş katiblər iştirak etdilər. Ümumi türkdilli ölkələr arasında müəyyən birgə layihələrin həyata keçirilməsi müzakirə olundu. İlk növbədə uşaq və gənclər futbolunun inkişafına təkan verə biləcək layihələr barədə söhbətlər oldu. Həmçinin məşqçilər arasında müəyyən təcrübə mübadilələrinin aparılması, hakimliklə bağlı müxtəlif birgə layihələrin olması barədə danışıldı. Konkret layihə müzakirə olunmadı. İlk olaraq uşaq və gənclər arasında beynəlxalq mini-turnirin keçirilməsi ehtimalı böyükdür”.

Qeyd edək ki, Daşkənddə təşkil olunan tədbirlər oktyabrın 2-4-ü aralığında baş tutub.

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Futbol
ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib