AFFA-nın vitse-prezidenti: "Millinin fərqli oyun sərgiləməsinin səbəbini baş məşqçi deyə bilər"

AFFA-nın vitse-prezidenti: "Millinin fərqli oyun sərgiləməsinin səbəbini baş məşqçi deyə bilər"

"Əvvəlki səfər matçlarında istəyimizə nail ola bilməmişdik. Bu görüşdə yığmanın daha fərqli oyun sərgiləməsinin səbəbini yalnız baş məşqçi təhlillərdən sonra söyləyə bilər".

Bunu "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin evdə Belçika yığmasına 0:1 hesabı ilə uduzduğu AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

64 yaşlı funksioner komanda üzvlərinin hər qarşılaşmada yaxşı çıxış etmək istədiyini söyləyib: "Bəlkə də amillərdən biri azarkeşlərin dəstəyi idi. Rəqibin güclü olması da motivasiyanın yüksək olmasına gətirib çıxartdı".

Sadıqov millidən hər zaman yaxşı, məzmunlu və mübariz oyun gözlədiklərini vurğulayıb: "Güclü rəqiblə dueldə bunun da şahidi olduq. Bu görüş göstərdi ki, yığmamızın potensialı var. Bəzi amilləri xüsusi qeyd etməliyəm. Çempionatımızda səviyyənin və rəqabətin artması istər-istəməz futbolçuların da inkişafına təkan verir. Bunun ilk qığılcımlarını Belçika ilə qarşılaşmada gördük. Belə matçların davamı gəlsin. Yığmanı qarşıda seçmə mərhələnin ağır oyunları gözləyir. Komandanı həmin görüşlərdə də eyni ruhda görmək istəyirik".

Təcrübəli mütəxəssis Belçika ilə oyundan sonra kollektivdə özünəinamın qayıtdığını diqqətə çatdırıb: "Futbolçular inandılar ki, mübarizə apara bilirlər. Statistikaya da baxsaq, deyə bilərik ki, rəqibdən geri qalmamışıq. Hesab edirəm ki, İordaniyaya qarşı yoldaşlıq görüşündə də yaxşı oyunun davamını gətirmək və qələbə qazanmaq lazımdır. Beləliklə, inamımızı tam bərpa edəcəyik. Bizi oktyabrda və noyabrda ağır oyunlar gözləyir. Psixoloji cəhətdən bu görüşlər üçün inam çox vacibdir".

Qeyd edək ki, sentyabrın 12-də "Dalğa Arena"da reallaşacaq Azərbaycan - İordaniya matçı saat 20:00-da başlayacaq.

Futbol
Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Futbol
Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb

Futbol
İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Futbol
Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb