İSSF-nin baş katibi: “Dünya çempionatı çətin ki, bir də bu səviyyədə keçirilsin”

İSSF-nin baş katibi: “Dünya çempionatı çətin ki, bir də bu səviyyədə keçirilsin”

“Azərbaycan elə təşkilatçılıq etdi ki, dünya çempionatı çətin ki, bir də bu səviyyədə keçirilsin”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) baş katibi Villi Qrill Bakıda keçirilən dünya çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirən İSSF rəsmisi bir neçə diqqətçəkən məqamları xatırladıb: “Çox sayda dünya çempionatında və 9 olimpiadada iştirak etmişəm. Azərbaycan təşkilatçılıq baxımından birincidir. Burada 14 dünya rekordu qırıldı. İndiyə qədər mundiallarda bu qədər rekord olmamışdı. Eyni zamanda olimpiadaya 48 lisenziya verildi ki, bu da böyük nailiyyətdir”.

Villi Qrill açılış və bağlanış mərasiminin, eyni zamanda yarışın mükəmməl keçirildiyini söyləyib: “Buna görə Azərbaycan hökumətinə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkür edirəm. Bu, bir nəfərin yox, ümumi komandanın işinin nəticəsidir. Federasiyanın baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi. Eyni zamanda könüllülərə təşəkkür edirəm. 30 illik karyeram ərzində gördüyüm ən fəal könüllülər idi. Azərbaycanda, doğma ölkəmdə bağlanış mərasimini etmək mənim üçün çətin oldu”.

Baş katib sonda mətbuat nümayədələrinə də təşəkkür edib: “Sizin burada olmağınız yarışın işıqlandırılması və idman atıcılığının inkişafı baxımından çox vacibdir”.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb