Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” - MÜSAHİBƏ

Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” - MÜSAHİBƏ

Bakıda keçirilən dünya çempionatında kişilər arasında pnevmatik tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəşaçma yarışında qızıl medal qazanan Avstriya təmsilçisi Aleksander Şmirl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib.

33 yaşlı atlet “Report”a müsahibəsində əvvəlcə təəssüratlarını bölüşüb: “Mənim üçün çox gözəl gündür. Təsnifat mərhələsində istəyimə nail olub, finala vəsiqə qazandım. Medallar uğrunda mübarizə aparan səkkiz idmançının hər biri çox güclü və peşəkar idi. Bütün diqqətimi yarışa və öz çıxışıma yönəldə bildim. Nəticədə istəyimə nail olaraq, qızıl medal qazandım.

- Bu, Azərbaycana neçənci səfərinizdir və təəssüratlarınız necədir?
- Bura 8-ci gəlişimdir. Azərbaycanda ilk dəfə 10 il əvvəl olmuşam. Hər gəlişimdə paytaxtınızda dəyişiklikləri görürəm. Bakı zaman keçdikcə daha da gözəlləşir. Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Bakı Atıcılıq Mərkəzi mükəmməldir. Burada yarışmaq xoşuma gəlir.

- Qızıl medalı kimə həsr edirsiniz?
- Bu medalı məni dəstəkləyən, yanımda olan və ən çətin anımda qələbəyə təhrik edən hər kəsə həsr edirəm.

- Təsnifat mərhələsində dəqiq atışlarla yadda qaldınız. Finalda da eyni formada çıxış etdiniz. Bu, nadir hallarda olur. Adətən fərqli nəticələr qeydə alınır. Buna necə nail oldunuz?
- Haqlısınız, mən təsnifatda yaxşı çıxış etdim. Bundan sonra final üçün diqqətimi toparlamağa çalışdım. Əsas mərhələ çox da çətin olmadı. Çünki startdan yaxşı xal topladım və sona qədər bu cür davam etdim.

- Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Bu barədə nə düşünürsünüz?
- Əvvəlki illərdə olimpiadalara qatılmaq yönündə şanssızlıq yaşamışdım. Buna görə lisenziya qazanmamışdım. Çox şadam ki, Paris-2024-də iştirak edə biləcəyəm. Amma mənə görə ən böyük nailiyyət dünya çempionu olmaqdır.

Fərdi
Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"