Bakıda keçirilən dünya çempionatının qalibi: “Qızıl medal mənim üçün sürpriz olmadı”

Bakıda keçirilən dünya çempionatının qalibi: “Qızıl medal mənim üçün sürpriz olmadı”

“Qızıl medal mənim üçün sürpriz olmadı. Çünki reytinqdə birinci sıradayam”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçmada qızıl medal qazanan Almaniya təmsilçisi Doren Vennekamp deyib.

Bu növdə 2023-cü il üzrə ən yüksək reytinqə malik olan atlet finalın çətin alındığını etiraf edib: “Finala kimi hər şey mənim üçün yaxşı oldu. Həlledici yarışda da istəyimə çata bildim. Gördüyünüz kimi, medal boynumdadır. Ukrayna təmsilçisi Olena Kosteviçlə aramızda çox yaxşı rəqabət oldu. O, finalın gedişində önə keçə bildi. Bu, təsadüfi deyildi. Olena olimpiya medalları qazanan çox güclü idmançıdır. Diqqətimi toplayıb sona yaxın bir neçə sərrast atışla onu keçə bildim”.

28 yaşlı dünya rekordçusu çempionluğa layiq olduğunu söyləyib: “Yarışdan əvvəl Olena mənə yaxınlaşıb dedi ki, məğlubedilməzsənsə, bunu göstər. Final göstərdi ki, həqiqətən də, birinci yerə layiqəm”.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi
Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb