İranlı idmançı: "Bakıda təhlükəsizliklə bağlı problemimiz yoxdur"

İranlı idmançı: "Bakıda təhlükəsizliklə bağlı problemimiz yoxdur"

"Neçə gündür buradayıq. Təhlükəsizliklə bağlı heç bir problemimiz yoxdur".

"QELEBE.AZ" xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış İran komandasının qadın idmançısı Şermineh Çehel Amirani deyib.

O, yarışla bağlı təəssüratlarının çox yaxşı olduğunu bildirib. Çehel Amirani Bakı Atıcılıq Mərkəzində hər şeyin qaydasında olduğunu diqqətə çatdırıb.

Onun komanda yoldaşı Amir Məhəmməd Nekunam isə Çin komandasıyla final görüşündən danışıb:
“Bu, idmandır. Qalib gəlmək də var, uduzmaq da. Biz görüşə yaxşı başladıq. Ancaq rəqib çox güclü idi. Əsas odur ki, yekunda medalsız qalmadıq”.

O, ölkələrində məşq etməklə bağlı çətinliklərinin olduğunu söyləyib: “İranda məşq edən zaman güllə ilə bağlı problem yaşayırıq. Ancaq bunu müxtəlif ölkələrlə əməkdaşlıq edərək həll edirik. Məhdud olsa da, müəyyən qədər məşq etmək üçün imkanımız var”.

Bürünc medal qazanan Fransa komandasının kişi üzvü Romayn Ofyer mundialın təşkilatçığından razı qaldığını vurğulayıb: “Təcrübə göstərir ki, bu cür yarışları təşkil etmək çox çətindir. Biz də burada olmaqdan məmnunuq. Özümüzü çox yaxşı hiss edirik. Bakı və dünya çempionatı ilə bağlı təəssüratlarımız çox gözəldir”.

Romayn Ofyerin xanım həmkarı Oseann Muller isə iştirak etdikləri növdə Yay Olimpiya Oyunlarına lisenziya olmasa da, nəticənin onlar üçün vacib olduğunu deyib: “Biz daha əvvəl də həm gənclər, həm də böyüklər arasında keçirilən müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. Olimpiadaya lisenziya verməsə də, qalib gəldiyimiz turnir bizim üçün vacibdir. Çünki qarşıdan gələn turnirlərə hazırlıq nöqteyi-nəzərdən gücümüzü bildik. Biz üzərimizdə heç bir təzyiq hiss etmirik. Daim yüksək pillələrdə olub, medallar qazanmaq istəyirik”.

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub