Konfrans Liqası: "Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib - YENİLƏNİB-6

Konfrans Liqası: "Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib - YENİLƏNİB-6

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.

"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

21:35

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurub.

"QELEBE.AZ"un məlumatına görə, 74-cü dəqiqədə Bakı klubunun müdafiəçisi Boyan Letiç dubl müəllifi olub.

21:30

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 70-ci dəqiqədə Azərbaycan təmsilçisinin sol cinah müdafiəçisi Boyan Letiç baxımlı qola imza atıb.

21:05

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Bank Respublika Arena"da oynanılan matçın ilk yarısından sonra qapılara qol vurulmayıb.

20:49

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, "Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 17-də Belqradda olacaq.

19:00

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Sabah" və Serbiya "Partizan"ının start heyətləri açıqlanıb.

"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 19. Emmanuel Apeh, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 44. Sofian Çakla
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 18. Davit Volkov, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov, 77. Namik Ələskərov
Baş məşqçi: Murad Musayev

"Partizan": 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 7. Severina Xander, 8. Frank Elimane Kanute, 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 15. Aldo Kalulu, 26. Aleksandr Filipoviç, 40. Kristiyan Beliç
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin,10. Bibras Natxo, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 14. Səməd Bazdar, 19. Aleksandr Şçekiç, 23. Nemanya Nikoliç, 43. Nemanya Trifunoviç, 44. Boqdan Mirçetiç, 45. Mateya Styepanoviç, 55. Danilo Pantiç
Baş məşqçi: İqor Dulyay

Qeyd edək ki, "Bank Respublika Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Futbol
DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin sayı bəlli olub

Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin sayı bəlli olub

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib