Adrian Mutu: “Növbəti mərhələyə adlamağa layiq idik”

Adrian Mutu: “Növbəti mərhələyə adlamağa layiq idik”

“Növbəti mərhələyə adlamağa layiq idik”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu 8-ci km stadionunda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis ilk görüşdəki 2:2 hesablı bərabərliyin revanşında rəqibi üstələdikləri üçün sevincli olduğunu bildirib: “Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.

O, növbəti mərhələdə Türkiyə klubu “Beşiktaş”la qarşılaşmağın daha maraqlı olacağını düşünür: “Beşiktaş” çox güclü rəqibdir. Onlarla üz-üzə gəlsək, çox maraqlı iki görüş olacaq. Amma əvvəlcə çempionatın ilk turunun görüşünü düşünürük”.

Baş məşqçi yeni hücumçu transferi üzərində çalışdıqlarını söyləyib: “Hazırda iki gənc hücumçumuz var. Amma rəqabətin artması üçün yeni hücumçu transfer etmək istəyirik. Bu, bir az zaman alan prosesdir”.

Mutu matçın gedişində zədələnən Azər Əliyev, həmçinin, yeni transfer Ervin Koffinin durumu barədə də məlumat verib: “Azər Əliyev hələ də xəstəxanadadır. Dirsəyindən zədə alıb. Ümid edirəm ki, tezliklə sağalacaq. Yeni transferimiz Koffi də zədəlidir. Buna baxmayaraq, bu gün komandamızla bir yerdə olmasını istədim. Həmçinin Qara Qarayev də bizimlə bir yerdə idi. Biz bir ailəyik”.

44 yaşlı mütəxəssis “Neftçi”nin yerli oyunçularından razılıqla danışıb: “Yerli oyunçulardan şikayət eləmək istəmirəm. Komandamızda çox güclü yerli futbolçular var. Verdiyim tapşırıqları yaxşı qavrayırlar, yerinə yetirməyə çalışırlar. Məqsədimiz titul qazanmaqdır. Amma bu, heç də asan deyil. Söz verə bilərəm ki, hər oyunda yüz faiz gücümüzü ortaya qoyacağıq”.

O, “Qarabağ”dan transfer edilən Qara Qarayevin vitse-kapitan olub-olmayacağı ilə bağlı sualı bu cür cavablandırıb: “Qara Qarayev çox yaxşı futbolçudur, Azərbaycan futbolu üçün önəmlidir. Hazırda kapitanımız var. Emin Mahmudovla Qara qardaş kimidirlər. Kapitanlıq sarğısını kimin daşımasının fərqi yoxdur. Əsas odur ki, meydanda olduğu zaman lider kimi davransın. Eddi İsrafilov da bizim kapitanlarımızdan biridir”.

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Futbol
Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

Futbol
Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir