Fərid Qayıbov: "İnanıram ki, Dünya Kuboku yüksək səviyyədə təşkil olunacaq"

"İnanıram ki, yarış yüksək səviyyədə təşkil olunacaq. Çünki təşkilat komitəsinin Dünya Kubokuna necə hazırlaşdığını bilirəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

Nazir ölkədə şahmatın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var. Şahmatçılarımız bütün dünyada tanınır. Bu cür yarışlar şahmatın təbliğatı üçün mühim rol oynayır.

O, Dünya Kuboku üçün Azərbaycana səfər edən FIDE prezidenti Arkadi Dvorkoviçi salamlayıb: "Onunla yaxşı münasibətlərimiz var. Şahmatı bütün dünyada yüksək səviyyədə təbliğ etdiyi üçün cənab Dvorkoviçə minnətdarlığımı bildirirəm. Azərbaycana inandıqları üçün ona təşəkkür edirəm. Həmçinin, bütün idmançılara bu yarışlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub