Yakub Jezniçak: “Qarabağ” bir il əvvəlkindən zəifdir”

Yakub Jezniçak: “Qarabağ” bir il əvvəlkindən zəifdir”

“Qarabağ” bir il əvvəlkindən zəifdir, “Rakuv”la, demək olar ki, eyni gücdədir”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak “przegladsportowy.onet.pl” saytına açıqlamasında Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

2017-2019-cu illərdə Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş 37 yaşlı müdafiəçi komandanın çox dəyişdiyini bildirib: “Birlikdə oynadığım futbolçuların çoxu gedib. Komandaların şanslarını bərabər görürəm. “Qarabağ” çox təhlükəlidir, heyətində fərdi bacarıqları yüksək olan futbolçular var. Polşada yaxşı tanıdığımız Abdullah Zubiri qeyd edə bilərəm. O, indi də əla formadadır. Ötən mövsüm Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilib”.

Polşa millisinin sabiq üzvünün fikrincə, Bakıda isti hava şəraitində oynamaq “Rakuv”a çətin olacaq: “İlk görüşdən sonra “Rakuv”un şanslarını qiymətləndirmək daha asan olacaq. Evdə üstünlük əldə etmək vacibdir. Bu, cavab qarşılaşması öncəsi həlledici ola bilər. Bakıda onlara çox çətin olacaq. “Lex” bir il əvvəl oradakı iqlimlə tanış oldu. Mən “Qarabağ”da oynayanda ora gələn komandalar 45 dəqiqədən sonra meydanı tərk etmək istəyirdilər. Çünki hava çox istidi. “Qarabağ”ın futbolçuları isə buna öyrəşiblər. “Rakuv” buna uyğunlaşmaq üçün buradakı matçdan iki gün sonra Bakıya yollanmalıdır”.

O, 15 ildir “Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov amilini fərqləndirməyi unutmayıb: “Qurban Qurbanov təkcə “Qarabağ”da deyil, bütün Azərbaycan futbolunda böyük hörmətə malikdir. O, komandaya böyük inam yarada bilir. Meydançaya çıxan oyunçular həmişə daha yaxşı komanda olduqlarını beyinlərində kodlaşdırırlar. Hətta daha güclü rəqiblərlə qarşılaşdığımız Çempionlar Liqasında da necə olduğunu xatırlayıram. Heyətlə birlikdə özünə inamı aşılamaq məşqçinin böyük gücüdür. Buna görə də biz nə istədiyini bilən qətiyyətli komanda izləyirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Rakuv” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

Futbol
Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub