Azərbaycanlı futbolçu: "Ermənistana getmək istəyirəm, digər məsələlər klubun üzərinə düşür"

Azərbaycanlı futbolçu: "Ermənistana getmək istəyirəm, digər məsələlər klubun üzərinə düşür"

"Mən Ermənistana getməyi çox istəyirəm, digər məsələlər klubun üzərinə düşür".

Bunu "Report"a açıqlamasında Albaniyanın "Eqnatiya" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan "Ararat"ına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.

28 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar: "Menecerim və idman direktoru soruşdu, mən də getmək istədiyimi dedim".

O, Ermənistan təmsilçisinə qol vurmaq istədiyini söyləyib: "Bilirəm ki, bütün Azərbaycan sözügedən matçda məndən həm yaxşı oyun, həm də qol gözləyir".

"Eqnatiya" komandasına keçidini də şərh edən İsgəndərli başqa ölkələrdən təklif aldığını gizlətməyib: "Amma həm baş məşqçi, həm də klub prezidenti buraya gəlməyimi çox istədi. Mən də karyeramda yeni səhifə açmaq üçün bu komandanı seçdim. Şükürlər olsun ki, Allah yenidən mənə legioner həyatı yaşamağı nəsib etdi".

Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

Futbol
Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Futbol
"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

Futbol
Neymar topuğundan zədələnib

Neymar topuğundan zədələnib