Məhəmməd Abdullayev: "Hələ Olimpiadaya lisenziya qazanmamışam"

Məhəmməd Abdullayev: "Hələ Olimpiadaya lisenziya qazanmamışam"

“Hələlik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Çıxış etdiyim çəki dərəcəsində lisenziyaya yalnız finalçılar sahib olacaqlar”.

Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın boksçusu Məhəmməd Abdullayev (+92 kq) III Avropa Oyunlarının 1/4 final mərhələsində Stilianos Pouliasa (Yunanıstan) qalib gəldiyi döyüşdən sonra deyib.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən dünya çempionatının mükafatçısı bildirib ki, 1/8 final döyüşündə qaşından zədələnsə də, bu, onun üçün heç bir problem yaratmayıb: “Döyüşə rahat çıxmışdım. Rəqibim qaşımda zədə olduğunu bilirdi. Adətən başı ilə qaşıma zərbələr endirməyə çalışırdı. Hakim isə buna fikir vermirdi. Yunanıstanlı boksçu çox güclü idi. Sevindirici haldır ki, döyüşün sonunda qələbəni mən qazandım”.

Abdullayev yarımfinalda almaniyalı Raman Tiafaki də məğlub etmək üçün rinqə çıxacağını deyib: “Onun barədə məlumatlıyam. Birgə təlim-məşq toplanışında iştirak etmişəm. Güclü idmançıdır. Ancaq hər şey rinqdə həll olunacaq. Əsas hədəfim Olimpiadada medal qazanmaqdır. Bundan sonra özümü 12 raunddan ibarət peşəkar boksda sınamaq istəyirəm.

Boks kənardan çətin görünsə də, idmanın bu növü ilə məşğul olanlar bokssuz dayana bilmir. Nə qədər zədələrimiz olsa da, bizi ruhlandıran qələbələrdir. Təbii ki, məğlubiyyətlər olmasa, qələbə qazanmaq da çətin olar”.

Qeyd edək ki, Abdullayev yarımfinal görüşünə iyunun 30-da çıxacaq.

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib