Məhəmməd Abdullayev: “Əsas hədəfim Olimpiadada medal qazanmaqdır”

Məhəmməd Abdullayev: “Əsas hədəfim Olimpiadada medal qazanmaqdır”

“Hələlik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Çıxış etdiyim çəki dərəcəsində lisenziyaya yalnız finalçılar sahib olacaqlar”.

Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın boksçusu Məhəmməd Abdullayev (+92 kq) III Avropa Oyunlarının 1/4 final mərhələsində Stilianos Pouliasa (Yunanıstan) qalib gəldiyi döyüşdən sonra deyib.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən dünya çempionatının mükafatçısı bildirib ki, 1/8 final döyüşündə qaşından zədələnsə də, bu, onun üçün heç bir problem yaratmayıb: “Döyüşə rahat çıxmışdım. Rəqibim qaşımda zədə olduğunu bilirdi. Adətən başı ilə qaşıma zərbələr endirməyə çalışırdı. Hakim isə buna fikir vermirdi. Yunanıstanlı boksçu çox güclü idi. Sevindirici haldır ki, döyüşün sonunda qələbəni mən qazandım”.

Abdullayev yarımfinalda almaniyalı Raman Tiafaki də məğlub etmək üçün rinqə çıxacağını deyib: “Onun barədə məlumatlıyam. Birgə təlim-məşq toplanışında iştirak etmişəm. Güclü idmançıdır. Ancaq hər şey rinqdə həll olunacaq. Əsas hədəfim Olimpiadada medal qazanmaqdır. Bundan sonra özümü 12 raunddan ibarət peşəkar boksda sınamaq istəyirəm. Boks kənardan çətin görünsə də, idmanın bu növü ilə məşğul olanlar bokssuz dayana bilmir. Nə qədər zədələrimiz olsa da, bizi ruhlandıran qələbələrdir. Təbii ki, məğlubiyyətlər olmasa, qələbə qazanmaq da çətin olar”.

Qeyd edək ki, Abdullayev yarımfinal görüşünə iyunun 30-da çıxacaq.

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Döyüş növləri
Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Döyüş növləri
Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Döyüş növləri
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

Döyüş növləri
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Döyüş növləri
Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib