Anna Başta: "Bizi ən çox Paris-2024-ə lisenziya verən komanda yarışları maraqlandırır"

Anna Başta: "Bizi ən çox Paris-2024-ə lisenziya verən komanda yarışları maraqlandırır"

"Bizi ən çox Paris olimpiadasına lisenziya xarakteri daşıyan komanda yarışları maraqlandırır".

Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında qılıncoynatma üzrə Azərbaycan millisinin lideri Anna Başta III Avropa Oyunlarındakı hədəfləri barədə danışarkən deyib.

27 yaşlı idmançı bildirib ki, fərdi yarışlar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya vermədiyi üçün əsas fikirlərini kollektiv mübarizəyə yönəldiblər:

"Komandamız buraya tam heyətlə gəlib. Fərdi yarışlardakı nəticə bizim üçün elə də önəmli deyil. Sadəcə, özümüzü yoxlamaq məqsədi daşıyır. Komanda yarışları isə olimpiadaya lisenziya xarakteri daşıdığından qələbə qazanmaq istəyirik. Güclü rəqiblərlə qarşılaşacağıq. Düşünürəm ki, bizdə alınacaq. Düzdür, fərdi yarışlarda hansısa idmançımız Avropa Oyunlarında qızıl medal əldə etsə, əla olar. Amma dediyim kimi, biz buna daha çox komanda yarışlarına hazırlıq kimi baxırıq. Hazırkı yoldaşlarımla birlikdə olimpiadada olmaq istəyirik".

Qeyd edək ki, III Avropa Oyunlarında sablyaçıların komanda yarışları iyunun 30-da keçiriləcək.

Fərdi
Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Fərdi
Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib