Azərbaycanın I və II divizionlarında iştirak edəcək klublar bəlli olub - SİYAHI

Azərbaycanın I və II divizionlarında iştirak edəcək klublar bəlli olub - SİYAHI

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2023-2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçirilsin:

1. “Şamaxı”
2. “Qaradağ Lökbatan”
3. MOİK
4. “Mingəçevir”
5. “Zaqatala”
6. “İrəvan”
7. “İmişli”
8. “Difai Ağsu”
9. “Araz Saatlı”
10. “Karvan”

2. 2023-2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu II Divizion təsis olunsun və aşağıdakı komandaların iştirakı ilə keçirilsin:

1. “Füzuli”
2. “Göygöl”
3. “Ağdaş”
4. “Sportinq Baku”
5. “Qusar”
6. “Marxal Şəki”
7. “Şəfa Baku”
8. “Cəbrayıl”
9. “Lerik”
10. “Kürmük Qax”
11. “Şəmkir”
12. “Kür-Araz”

Qeyd: I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun.

3. Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişikliklər təsdiq olunsun.

4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılsın.

5. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmasın.

6. 2023-2024-cü illər mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmasın. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün rüsum tələb olunmasın.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunsun:

Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5000 (beş min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10000 (on min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər üçün – 50000 (əlli min) manat
1 futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb olunmasın.

Qeyd: Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunsun.

7. Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA, PFL və Yoxlama və Təftiş Komitəsinə təqdim olunsun.

8. Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Baş məşqçinin müqavilə müddəti 1+1 sistemi üzrə müəyyənləşdirilsin.

Futbol
Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol
Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb