Qelebə.az / İsveçrəli futbolçu 34 yaşında vəfat edib

İsveçrəli futbolçu 34 yaşında vəfat edib

20-09-2022, 13:00

İsveçrəli futbolçu Nikolas Şindelholts xərçəng xəstəliyindən vəfat edib.

"Report" "Blick" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi 34 yaşında dünyasını dəyişib.

2020-ci ilin yayında Şindelholtsa xərçəng diaqnozu qoyulub. Oyunçu daha sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Nikolas Şindelholts ölkəsində "Tun", "Lütsern" və "Arau" klublarının formasını geyinib.

Geri qayıt