Qelebə.az / “Neftçi” İvan Brkiçlə müqavilənin müddətini artırıb

“Neftçi” İvan Brkiçlə müqavilənin müddətini artırıb

5-06-2023, 15:45

“Neftçi” qapıçı İvan Brkiçlə müqavilənin müddətini artırıb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzalanıb. O, 2025-ci ilin yayına qədər ağ-qara forma geyinəcək.

Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.

Geri qayıt