Qelebə.az / “Liverpul” Məhəmməd Salaha yeni müqavilə təklif edib

“Liverpul” Məhəmməd Salaha yeni müqavilə təklif edib

26-05-2023, 18:50

“Liverpul” futbolçusu ilə müqavilənin müddətini artırır.

Apasport.az saytı xəbər verir ki, İngiltərə klubu misirli hücumçusu Məhəmməd Salaha yeni müqavilə təklif edib.

“Qırmızılar” əsas hücumçularının 2027-ci ilə qədər komandada qalmasını istəyir. Avropanın və Səudiyyə Ərəbistanının əksər klublarının transfer siyahısında yer alan 30 yaşlı forvard hazırki durumundan razıdır.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”un şərəfini qoruyan Salah bu mövsüm 50 matçda 30 qol və 15 assistlə yadda qalıb.

Geri qayıt