Qelebə.az / İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

18-09-2022, 02:30

İtaliya çempionatının VII turunun matçında "Torino" doğma meydanda "Sassuolo"ya 0:1 hesabı ilə uduzub.

"Report" xəbər verir ki, ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə hücumçu Aqustin Alvares qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, “Torino” A Seriyasının turnir cədvəlində 9-cudur (10 xal). "Sassuolo" 7 xalla onuncu pilləyə yüksəlib.

Geri qayıt