Qelebə.az / "Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

14-09-2022, 12:00

İngiltərənin "Everton" klubu heyətinə yeni qapıçı cəlb edib.

"Report" Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı isveçrəli Eldin Yakupoviçlə 1 illik müqavilə imzalanıb.

Komandanın əsas qolkiperi Cordan Pikford və Endi Lonerqan zədə səbəbindən sıradan çıxıb.

Qeyd edək ki, Eldin Yakupoviç son olaraq "Lester"in şərəfini qoruyub.

Geri qayıt