Qelebə.az / "Neftçi"nin baş məşqçisi: "Oyunu özümüz çətinləşdirdik"

"Neftçi"nin baş məşqçisi: "Oyunu özümüz çətinləşdirdik"

16-03-2023, 21:29

"Oyunu özümüz çətinləşdirdik, ilk hissədə sürətli oynamadıq. Rəqibə əks-hücumlara keçmək imkanı verdik".

"Report"un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf evdə “Kəpəz”lə 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis şanları qola çevirməmələrindən şikayətlənib: "Qol epizodlarını dəyərləndirsəydik, fərqli olardı. İkinci qolu vurduq, dönüş yaratdıq. Ancaq dərhal rəqib hesabı bərabərləşdirdi. Gözlədiyimiz oyun olmadı. Fasilədə futbolçulara daha çox özünəinam verməyə çalışacağıq".

Geri qayıt