Qelebə.az / Azərbaycan Basketbol Liqası: “Gəncə” öz meydanında qalib gəlib

Azərbaycan Basketbol Liqası: “Gəncə” öz meydanında qalib gəlib

11-03-2023, 16:44

Azərbaycan Basketbol Liqasında XXI turun daha bir oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.

Qeyd edək ki, XXI tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Geri qayıt