Qelebə.az / “Kəpəz” I Liqa klubu ilə qarşılaşacaq

“Kəpəz” I Liqa klubu ilə qarşılaşacaq

Bu gün, 16:41

"Kəpəz" klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, dünən Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə qüvvəsini sınayan komandanın üzvləri 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.

Plana əsasən, "sarı-göylər" hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.

Fasilədən sonra "Kəpəz" Misli Premyer Liqasında ilk matçını noyabrın 22-də doğma publika önündə "Qarabağ"a qarşı keçirəcək.

Geri qayıt