Qelebə.az / Konseysao “Fənərbaxça”ya niyə gəlmədi? – Səbəb bəlli oldu

Konseysao “Fənərbaxça”ya niyə gəlmədi? – Səbəb bəlli oldu

Bu gün, 09:16

“Fənərbaxça”nın baş məşqçi postuna gətirmək istədiyi Serjio Konseysaonun İstanbul təmsilçisinə keçidinin baş tutmamasının səbəbi ortaya çıxıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, “Fənərbaxça” rəhbərliyi ötən cümə günü portuqaliyalı mütəxəssislə razılığa gəlib. Konseysao övladı ilə birlikdə Argentinada keçiriləcək “Boka Xuniors” – “River Pleyt” qarşılaşmasını izləmək üçün klubdan icazə istəyib.

Lakin İstanbul təmsilçisinin Türkiyə Super Liqasında “Göztəpə”yə məğlub olması və liderlə xal fərqinin 9-a yüksəlməsi mütəxəssisin qərarını dəyişib. Konseysao bundan sonra “Fənərbaxça”ya gəlməkdən imtina edib.

Qeyd edək ki, “Fənərbaxça” Konseysao ilə danışıqların uğursuz nəticələnməsindən sonra baş məşqçi postuna Emre Belözoğlunu təyin edib.

Geri qayıt