“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, nigeriyalı futbolçu 2-3 həftə komandasına kömək edə bilməyəcək.
27 yaşlı hücumçunun qarşıdakı oyunları buraxacağı gözlənilir.