Qelebə.az / “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi

“Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi

Dünən, 22:50

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Alfred Şröderə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı niderlandlı mütəxəssislə 2027-ci il iyunun 30-na qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Alfred Şröder son olaraq Almaniya millisində köməkçi məşqçi vəzifəsində çalışıb.

“Kasımpaşa” daha əvvəl Emre Belözoğlu ilə yollarını ayırıb.

Geri qayıt