Azərbaycanın “Sabah” və “Qarabağ” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriblər.
QELEBE.AZ xəbər verir ki, hər iki təmsilçimiz səfərdə böyükhesablı məğlubiyyətə uğrayıb.
“Sabah” liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” klubuna 0:5 hesabı ilə uduzub. Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv bununla da turnirdə ardıcıl dördüncü məğlubiyyətini alıb. Paytaxt təmsilçisi əvvəlki üç görüşdə də qol vura bilməmişdi.
“Qarabağ” isə Çempionlar Yolunun II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Dinamo Zaqreb” klubuna 0:7 hesabı ilə məğlub olub. Bakıda keçirilən ilk qarşılaşmada da 1:2 hesabı ilə uduzan Rəşad Sadıqovun komandası turnirlə vidalaşıb.