Qelebə.az / “Mingəçevir” oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV

“Mingəçevir” oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV

Bu gün, 14:44

Futbol üzrə Azərbaycan I Liqasının VII turunda gözlənilməz hadisə yaşanıb.

“Apasport” Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşması baş tutmaya bilər.

Buna səbəb meydan sahiblərinin oyuna çıxmaqdan imtina etməsidir. “Nur şəhəri” təmsilçisi matçın keçiriləcəyi Mingəçevir şəhər stadionuna gəlməyib.

Hazırda “Şahdağ Qusar”futbolçuları meydanda məşq edirlər.

Qarşılaşmanın baş tutmamaq ehtimalı yüksəkdir.

Hadisə ilə bağlı yekun qərarın AFFA tərəfindən veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə mətbuatda “Mingəçevir” futbolçularının aylardır maaş almadığı bildirilirdi.

Geri qayıt