Qelebə.az / “İnter”dən İkardi ilə bağlı açıqlama - "planlarımıza daxil deyil"

“İnter”dən İkardi ilə bağlı açıqlama - "planlarımıza daxil deyil"

Bu gün, 14:15

“İnter”in prezidenti Beppe Marotta Mauro İkardinin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QELEBE.AZ xəbər verir ki, klub rəhbəri argentinalı hücumçunun özünü Milan təmsilçisinə təklif etmədiyini deyib.

Marotta İkardinin vaxtilə “İnter”ə böyük töhfə verdiyini vurğulasa da, onun komandaya qayıtmasının planlarına daxil olmadığını bildirib.

Qeyd edək ki, “Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra klubsuz qalan 32 yaşlı futbolçu İtaliyada karyerasını davam etdirmək istədiyini açıqlamışdı.

Geri qayıt