Qelebə.az / Rauf Əliyev "Vikinq"in təhlükəli tərəfini açıqladı: "Bu bizə çətinlik yarada bilər"

Rauf Əliyev "Vikinq"in təhlükəli tərəfini açıqladı: "Bu bizə çətinlik yarada bilər"

Bu gün, 14:46

Rauf Əliyev “Vikinq”in təhlükəli tərəfini açıqladı: “Bu amil də təmsilçimiz üçün çətinlik yarada bilər”

“Rəqib çətindir”.

Bu sözləri QELEBE.AZ saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rauf Əliyev deyib.

Veteran futbolçu “Sabah”ın UEFA Çempionlar Liqasının IV turunda səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşması barədə fikirlərini bölüşüb:

“Norveç klubları son illərdə avrokuboklarda yaxşı təsir bağışlayırlar. “Vikinq” də mübariz və əzmkar komandadır. Yaxşı, döyüşkən heyətə malik kollektiv formalaşdırıblar. “Sabah”ı çətin oyun gözləyir. Bununla belə, inanıram ki, komandamız bu görüşdən xalla və ya xallarla ayrılacaq.

Çempionlar Liqasında asan oyun olmur. “Sabah” uzun səfərə yollanıb. Yorğunluq amilini, eləcə də beş gün əvvəl “Turan Tovuz”la səfər matçında iştirak etmələrini nəzərə almaq lazımdır. Skandinaviya ölkələrinin klubları standart vəziyyətlərdən yararlanaraq rəqib qapısına yol tapmağa üstünlük verirlər. Bu amil də təmsilçimiz üçün çətinlik yarada bilər.

Amma bu futboldur. Əsas odur ki, komanda meydanda sona qədər mübarizə aparsın. “Bayquşlar” mövsümün əvvəlindən nümayiş etdirdikləri uğurlu oyunu davam etdirə bilərlər. İnanıram ki, əzmkar mübarizə onlara xal və ya xallar qazandıracaq”.

Geri qayıt