"İnter" müdafiəçi Federiko Dimarkonun müqaviləsinin müddətini artıracaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə "Football İtalia" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, A Seriyası təmsilçisi artıq İtaliya milli komandasının üzvü ilə şifahi razılıq əldə edib. 28 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. Təcrübəli futbolçu cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.