Qelebə.az / 40 şahmatçımız Avropa çempionatında mübarizə aparacaq

40 şahmatçımız Avropa çempionatında mübarizə aparacaq

Bu gün, 11:15

Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatına start veriləcək.

QELEBE.AZ xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.

Komandamızın heyətində yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və son qitə birinciliyinin bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıb.

Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Raul Quliyev rəhbərlik edir. Komanda ilə birgə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Nicat Məmmədov, eləcə də məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da Yunanıstana yollanıblar.

Geri qayıt