Qelebə.az / “Neftçi” yenidən liderliyə yüksəldi - YENİLƏNİB

“Neftçi” yenidən liderliyə yüksəldi - YENİLƏNİB

1-11-2026, 11:20

Misli Premyer Liqasında X tur davam edir.

QELEBE.AZ xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start verilib.

Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edib. 

Görüş saat 15:00-da start götürüb. Matçı FİFA referisi Tural Qurbanov idarə edib.

Matç məhsuldar alınıb. Görüşdə 5 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbəyə sevinib.

"Ağ-qaralar" bu nəticə ilə xallarının sayını 21-ə çatdırıb və yenidən liderliyə yüksəlib.

Misli Premyer Liqası
X tur
1 noyabr
15:00. "Şamaxı" – "Neftçi" 2:3
Qollar: A. Şuaybu, 24, A. Bouali, 64 -  Q. Klisman, 15, B. Almeyda, 49, A. Akeyemi, 75

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu

Geri qayıt