Qelebə.az / “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək

“Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək

30-10-2026, 23:32

“Beşiktaş”ın Avropa Liqasının Liqa mərhələsinin V turunda “Hapoel Beer-Şeva” ilə keçirəcəyi matçın yeri müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, qarşılaşma Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandalar “Batumi” stadionunda üz-üzə gələcəklər.

Qeyd edək ki, "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı noyabrın 26-da baş tutacaq.

Geri qayıt