“Sabah” beynəlxalq “Scorpio Group” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.
QELEBE.AZ xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, “Scorpio Group” Bakı təmsilçisinin texniki sponsoru olacaq.
Baş ofisi Monakoda yerləşən “Scorpio Group” dəniz nəqliyyatı və gəmiçilik sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Klub yeni tərəfdaşını salamlamaqdan məmnunluq duyduğunu bildirib və əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayıb.