Qelebə.az / La Liqa: “Real Sosyedad” “Selta” ilə bacarmadı

La Liqa: “Real Sosyedad” “Selta” ilə bacarmadı

Dünən, 01:01

İspaniya La Liqasında VI turun bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Real Sosyedad” öz meydanında “Selta” ilə qarşılaşıb.

Gərgin keçən görüşdə tərəflər qapılara yol tapa bilməyiblər. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Real Sosyedad” 4 xalla turnir cədvəlinin 11-ci, “Selta” isə 2 xalla 16-cı pilləsində qərarlaşıb.

Geri qayıt