“Şimal”ın ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Apasport.az xəbər verir ki, Xaçmaz təmsilçisi rəqiblərini Şamaxıda qəbul edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçiriləcək. Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu I Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal bölgəsi təmsilçisi bu addımı atıb.
Komanda I Liqanın ilk turunda sentyabrın 4-də “Gəncəbasar”ı qəbul edəcək.