Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Şamaxı” ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Gəncə şəhər stadionunda oynanılacaq matça azarkeş marağı böyükdür.
Biletlər bu gün satışa çıxarılıb. Artıq 4 mindən çox bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, görüş sentyabrın 4-də, saat 20:15-də başlayacaq.