Qelebə.az / "Neftçi SOCAR" mövsümü ikinci pillədə başa vurub

"Neftçi SOCAR" mövsümü ikinci pillədə başa vurub

1-09-2026, 14:55

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.

QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

"Ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.

Qeyd edək ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.

Geri qayıt