Qelebə.az / Vlahoviç het-trik etdi, “Beşiktaş” 3 xalı 6 qolla qazandı

Vlahoviç het-trik etdi, “Beşiktaş” 3 xalı 6 qolla qazandı

1-09-2026, 00:31

Türkiyə Super Liqasında III tura yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

“Beşiktaş” öz meydanında “Çorum”u qəbul edib. Səkkiz qolun vurulduğu qarşılaşma “qara qartallar”ın 6:2 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində Duşan Vlahoviç het-trik edib. Komandanın digər qollarını Vaslav Çerni, İlhan Fakılı və Amir Murilyo vurublar.

Turun digər matçında isə “Trabzonspor” səfərdə “Amedspor”la qarşılaşıb. Gərgin keçən görüşdə sevinən tərəf ev sahibləri olub - 2:1.

Geri qayıt