Qelebə.az / Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə qələbə qazanıb

31-08-2026, 00:39

Türkiyə Super Liqasında III tur davam edir.

QELEBE.AZ xəbər verir ki, növbəti oyun günündə “Fənərbaxça” meydana çıxıb.

Komanda “Samsunspor”un qonağı olub. Hesab erkən açılıb. Vedat Muriç 3-cü dəqiqədə fərqlənib.

“Sarı-lacivərdlilər” ikinci hissədə daha bir qol vurub. Oğuz Aydın oyunda yekun nəticəni müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, xallarının sayını 6-ya çatdıran “Fənər” üçüncü pilləyə yüksəlib.

Geri qayıt