“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Niderlandın “Tvente” klubunu qəbul edib.
Görüş komandamızın üstünlüyü ilə başlayıb. Lakin qonaqlar matçda geridönüş etməyi bacarıblar. Əlavə vaxtda daha 2 qol vuran Niderland təmsilçisi liqa mərhələsinə yüksəlib.
"Qarabağ" isə Avropada mübarizəni dayandırıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk görüşdə səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” – “Tvente” 1:4
Qollar: Kadi Borges, 59 - Marko Pyatsa, 79, Maks Bruns, 90+2, Vaut Veqorst, 95, Yunis Taha, 114
"Qarabağ": 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 7. Jali Muaddib, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreskis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov
"Tvente": 1. Lars Unnerstall, 38. Maks Bruns, 43. Ruud Nijstad, 3. Robin Pröpper (k), 28. Bart Van Roij, 6. Ramiz Zerruki, 42. Duda Veydmann, 11. Daan Rots, 27. Sondre Oryasate, 19. Yunes Taha, 9. Vaut Veqorst
Ehtiyat oyunçular: 16. Coel Drommel, 22. Remko Pasveer, 4. Matias Kyolo, 7. Marko Pyatsa, 12. Gilyerme Peyşoto, 17. Filip Torvaldsen, 20. Tomas van den Belt, 24. Kristof Kurovski, 25. Lukas Venneqoor of Hesselink, 26. Benyamin Naqel, 29. Aske Adelqaard, 39. Jip Meylink
Baş məşqçi: Con van de Brom
İlk oyun – 1:0