Belçikanın "Yunion Sent Jillua" klubu ölkə Superkubokunun qalibi olub.
QELEBE.AZ xəbər verir ki, Brügge şəhərində keçirilən həlledici görüşdə komanda son çempion "Klub Brügge" ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Qalib penaltilər seriyasında müəyyənləşib.
Burada 5:4 hesabı ilə üstün olan "Yunion" tarixində ikinci dəfə Belçika Superkubokuna sahib çıxıb.